Kəsim məntəqəsinin yaradılması üçün 650 min manat güzəştli kredit verilib

Kəsim məntəqəsinin yaradılması üçün 650 min manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində "Şahdağ Süd və Ət" MMC-yə Xaçmazda kəsim məntəqəsinin yaradılması üçün 650 min manat güzəştli kredit ayırıb.

SİA xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.

Onun sözlərinə görə, layihənin icrası 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə