Qışda hansı qidalardan uzaq durmalıyıq? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

“İnsanlar qış aylarında, əsasən, qapalı məkanlara üz tutur. Qapalı məkanlarda da mövsümi qidalar, əsasən, xəmir yeməkləri, xaş, bu immunitet sisteminin artması üçün faydalı yeməklərdir”. Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, sözügedən qidaların çox istehlakından uzaq durmaq lazımdır: “Xüsusilə də, ürək qan-damar sistemində problemi olanlar, həkim nəzarəti altında olan, qan təzyiqi olan və yaxud da böyrək problemi olan, ümumiyyətlə, təzyiqi olan şəxslər həkim məsləhəti altında bu qidalardan istifadə etsələr daha məqsədəuyğun hesab olunar. Bundan əlavə immun sistemini artırmaq üçün səhərlər yumurta, daha çox da yumurta sarısında olan qida dəyəri Omega 3, Olin yağ turşusu, Vitamin B kompleksi olduqca zəngindir. Kriptavan tərkibli qidalar sırasında yumurta, xaş da var kı, bu qidalar insanlara yuxu gətirir. O cümlədən bu qidalarla yanaşı, spirtli içkilərdən uzaq durmaq lazımdır”.

Ağa Salamov sözlərinə belə davam edib: “Həmçinin siqaret immun sisteminin zəifləməsinə gətirib çıxarır. Ümumiyyətlə, qış aylarında mövsümi qidalardan istifadə olunsun. Bura daxildir xurma, karalyok, nar, yaşıl limon, sitrus meyvələr, soğan, sarımsaq və s. qidalar daxildir. Qış aylarında balıq ən çox istifadə olunan qidalar sırasındadır. Balıq, əsasən, fosfor turşusu, kalium, vitamin B, vitamin C kompleksi ilə və omeqa 3 ilə zəngindir. Həmçinin, balıq bişirilərkən içərisinə limon qoyulması daha məqsədəuyğun olar. Təbii ki, bura qırmızı ət məhsulları da daxildir ki, biz B12 kompleksini qırmızı ət vasitəsi ilə alırıq. Onu da nəzərinizə çatdırım ki, qızartma yeməklərdən, qazlı, rəngli, alkaqollu içkilərdən uzaq durmaq lazımdır".

Aytac Xəlilova

Bütün xəbərlər Facebook səhifəmizdə