Moped və motosikletlərin yaratdığı təhlükəni necə aradan qaldırmalı? - ARAŞDIRMA

Moped və motosikletlərin yaratdığı təhlükəni necə aradan qaldırmalı? - ARAŞDIRMA

Statistikaya görə, moped və motosiklet sürücülərin iştirakı ilə baş verən hər yol-nəqliyyat hadisəsində daha çox gənclər xəsarət alır və dünyasını dəyişir. Mopedlərdən istifadə etməyin əsas üstünlüyü bu nəqliyyat vasitələrinin bahalı olmaması və çox yığcam olmasıdır. Bu kimi nəqliyyat vasitələri idarə edən sürücülər üçün əsas qaydalarına əməl etməlidirlər.

Skuter və moped sürücüləri daha çox hansı səhvlərə yol verirlər?

Sürərkən ükanı yalnız bir əli ilə tutulması sərnişinlərin daşınması.

detalları uzunluğu və ya eni yarım metrdən çox çıxan malların daşınması

dəbilqəsiz sürmək və s.

Travmatoloqların sözlərinə görə belə qəzalar zamanı eyni təsir gücü ilə uşaqlar böyüklərdən daha ağır xəsarət alır.

Bəs ölkəmizdə vəziyyət necədir? Paytaxt yollarda sözügedən sürücülər qaydalara nə dərəcədə əməl edilir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Paytaxt yollarında motosiklet idarə edənlərin sayının artdığı müşahidə olunur. Məsələn, şəhərin mərkəzi hissələrində oğlan və qızların sözügedən nəqliyyat vasitəsində şəhərdə “var-gəl“ etmələri bir növ dəb halı alıb. Motosikletlərdən avtomobil əvəzi istifadə edənlər də çoxalıb. Son illər ayrı-ayrı poçt xidmətləri və digər operativ qurumlar da üstünlüyü bu nəqliyyat vasitəsinə verirlər.

Şəhər yerlərində motosiklet sürmək bizim üçün “yenilik“ olduğundan küçə və magistrallarda bir sıra neqativ hallar baş verməkdədir. Belə ki, motosiklet həvəskarlarının nəqliyyat vasitəsini insanların istirahət etdiyi, gəzişdiyi yerlərdə sürməkdən çəkinməməsi hər an bədbəxt hadisələrə yol aça bilər. Magistral yollarda isə digər nəqliyyat vasitələri ilə birgə hərəkətdə olan motosikl sürücüləri bir çox hallarda təhlükəli vəziyyətlərə şərait yaradırlar. Həmin sürücülər nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına əməl etməyi unudurlar. Çox vaxt işıqforlara, yol nəqliyyatı nişanlarına məhəl qoymamaları da nəzərə çarpır. Müşahidə olunan hallardan biri də həmin nəqliyyat vasitələrindən bəzən nömrəsiz istifadə olunmasıdır. Qeyd edək ki, bir çox xarici ölkələrdə motosiklet ən çox istifadə olunan minik vasitəsidir. Koreyada, Çində hətta vəzifəli şəxslər bu nəqliyyat vasitəsilə işə gedib-gəlirlər. İnsanlar bütün məişət problemlərini də kiçik həcmli nəqliyyatda həll etməyə üstünlük verirlər. Yaşadığımız ölkədən fərqli olaraq digər ölkələr həmin sürücülər üçün müəyyən qaydalar tətbiq edilir.

Son bir neçə ayda paytaxt Bakıda kuryerlərin ölümü və ya ağır yaralanması ilə nəticələnən qəzalar baş verir. Moped, motosiklet və velospidelərdən istifadə edən kuryerlər həm öz canlarını, həm də başqalarının həyatını təhlükəyə atırlar. Bu cür hadisələrin son aylarda daha da artması koronavirus pandemiyası ilə bağlıdır. Belə ki, paytaxtda fəaliyyət göstərən restoranların, mağazaların onlayn satışa keçməsi kuryer xidmətinə təlabatı artırıb. Qəzaların baş verməsinin bir çox səbəbləri var.

Ekspertlər deyir ki, yaranmış bu tendensiya ciddi təhlükədir və qarşısı alınmasa nəticələri daha ağır ola bilər.

Baş Dövlət Yol İdarəsinin İctimai Qurumlarla Əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli:" Paytaxt ərazisində kifayət qədər moped idarə edən şəxslər var ki, onlardan bəziləri yol hərəkət qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştrakçıların sağlamlağını da təhlükə altına atırlar. Belə halların yol hərəkəti hadisələrinə baş verməsi səbəb olur. Moped sürücüləri də digər sürücülər kimi yol hərəkət qaydalarına əməl edilməlidir, əks halda inzibati məsuliyyətə cəlb olunacaqlar . Mopedlərə dövlət qeydiyyat nişanın verilməsi və idarəçilərdən sürücülük vəsiqəsinin tələb olunması məsələsinə gəldikdə isə artıq layihə hazırlanaraq Milli Məclisə təqdim edilib, layihə qəbul edirsə qanunvericiliydə müvafiq olaraq dəyişikliklər ediləcək və tərəfimizdən bu istiqamətlərdə nəzarət tədbirləri həyata keçiriləcəkdir".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə