Şansınız olsaydı nəyi dəyişmək istəyərdiniz? - SORĞU

Hərkəs zamanı geri qaytarmaq istəyir, kimi gözəl günləri yenidən yaşamaq üçün, kimi isə etdiyi səhvləri düzəltmək üçün. Mövzu ilə əlaqədar SİA şəhər sakinlərinin fikirlərini öyrənmək məqsədilə sorğu keçirib:

Şəhər sakini Nigar Rüstəmova: "Zamanı geri ala bilsəydim orta təhsildə daha yaxşı oxuyub, ali təhsil alardım. Həmçinin, nənəmi, babamı geri qaytarardım".

Şəhər sakini Qızılgül Mikayılova: "Mən zamanı geri qaytarmaq istəməzdim gələcəyə doğru getmək istəyirəm".

Şəhər sakini Rövşən Rzayev: "Həyatımda hər şey yolunda olduğu üçün zamanın geri qayıtmasını istəmirəm. Hal hazır ki, anı olduğu kimi yaşamağa dəyər deyə düşünürəm".

Şəhər sakini Mətanət Əfəndiyeva: "Zamanı geri qaytara bilsəydim atamın yenidən həyata qayıtmasını istəyərdim. Həmçinin qardaşımın geri qayıtmasını istəyərdim".

Şəhər sakini Nisə Nəzərova: "Zamanı geri qaytara bilsəydim ali təhsil alardım. Digər yaşadığım hər bir mövzudan razıyam, sadəcə ali təhsil almadığım üçün narazıyam".

Şəhər sakini Atabəy İsmayıl: "Zamanı geri qaytarmaq şansım olsaydı əgər tariximizi dəyişərdim. Öz həyatım ilə bağlı isə, məktəb illərini geri qaytarmaq istəyərdim".

Şəhər sakini Leyla Nəzərova: "Zamanı geri qaytarsaydım, ikinci ali təhsil almaq istəyərdim. Magistratura təhsili alardım, hüquqşünas olardım".

Şəhər sakini Ağabacı Əfsəlova: "Zamanı geri qaytara bilsəydim atamı, anamı geri qaytarardım. Uşaqlığımı yenidən yaşamaq istəyərdim".

Şəhər sakini Hüseyn Novruzi: "Geri qaytara bilsəydim zamanı sağlam yaşamaq istəyərdim. İdmanla məşğul olardım, xəstəliklərtdən uzaq sağlam cana sahib olardım".

Şəhər sakini Nailə Paşayeva: "Əgər geri qaytara bilsəydim zamanı əvvəlki etdiyim səhvlərimi düzəldərdim. Səhvlərimi yaşamamış olmaq istəyərdim".

Şəhər sakini Sara Məmmədli: "Zamanı geri qaytarmaq istəməzdim. Yaşadığım həyat məni kifayət qədər qane edir. Heç bir səhvim olmadığını düşünürəm".

Şəhər sakini Qabil Babayev: "Əgər imkanım olub zamanı geri qaytara bilsəydim, ailə həyatı qurmazdım. Bu mənim şəxsi fikrimdir".

Aytac Xəlilova

Bütün xəbərlər Facebook səhifəmizdə