NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələrinin “NATO günləri” çərçivəsində ölkəmizdə səfəri davam edir.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, nümayəndə heyəti noyabrın 24-də Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.
Qonaqlara Azərbaycan HDQ-nin tarixi və fəaliyyət istiqamətləri haqqında brifinq təqdim olunub.
Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri NATO-nun yaranma tarixi, strukturu və ümumi fəaliyyətini əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər.
Təqdimatlar başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB