“Ağ ölüm” Narkotikə yox deyək adlı film nümayişinin təqdimatı baş tutub - YENİLƏNİR-FOTO

“Ağ ölüm” Narkotikə yox deyək adlı film nümayişinin təqdimatı baş tutub - YENİLƏNİR-FOTO

Bu gün Memarlıq və İnşaat Universitetində Narkotizmlə Mübarizə İctimai Birliyi tərəfindən “Ağ ölüm” Narkotikə yox deyək adlı film nümayişinin təqdimatı baş tutub. SİA xəbər verir ki, film Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilib.

Tədbirin açılış nitqini Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova edib: “Çox təəssüflər olsun ki, narkotik bəlası bütün dünyanı bürüyüb və ölkəmizdə də bu bəla öz nəticələrini göstərir. Lakin bu cür tədbirlərin xüsusilə də universitetlərdə baş tutması olduqca əhəmiyyətli və vacibdir. Çünki həm film, həm də hörmətli millət vəkillərinin fikirləri gənclərimizə müsbət mənada öz töhfəsini verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə