30 illik yolun tarixi - ŞƏRH

Addım-addım irəliləyirsən üzü sabaha. Dönüb arxana baxırsan. Nələrdən keçdiyini, hansı yolla getdiyini görəndə təəccüblənirsən. 30 ilə 300illik ömrə nəsib olan bir yol... O yol ki düzgün siyasət, doğru addım və dürüst əməl sayəsində gedilib. Hər şey kənardan necə rahat görünürdü baxana,amma dəyərləndirənə... Ona isə sözlər yetməz, fikir çatmaz söyləyənə.

Cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirildi. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kürsüyə çıxaraq çıxışa başladı. Gənc YAP-ı təbrik etmək, onu alqışlamaq, tarixinə bir daha işıq salmaq üçün.
Çıxışına Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, onun, elimiz, torpağımız, gələcəyimiz üçün etdikləri haqqında danışaraq başladı.

Vətənimizin ən çətin günlərininin dayağı, ölkəmizin nicat yolu Heydər Əliyev idi. Gənc, müstəqil Azərbaycanı ayağa qaldırmaq, dirçəltmək lazım idi. Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası öz üzərinə böyük məsuliyyəti götürdü. Verdiyi tarixi qərarlarla ölkəmizdə yeni səhifənin açılmasına səbəb oldu.

Müstəqilliyimizin ilk illəri... Dırnaqarası ilk demokratik dəyərlərlə mübarizə, iqtisadiyyatın çox böhranlı dövrü, insanların sosial vəziyyətinin getdikcə ağırlaşması, yoxsulluğun artması kimi problemlər vəziyyəti daha da çətinləşdirirdi.
1992-ci il Şuşa və Laçının işğalı.. Mənəvi faciə... Çöküş... 1993-cü il... Kəlbəcər düşmən əlində...

Bir çıxış və ümid yerimiz Heydər Əliyev. Unudulmaz tarix yaşandı. YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri, 11 ay sonra Azərbaycan Respublikasının Prezidenti seçilərək Azərbayanın çiçəklənməsi illərinin başlanğıcına qədəm qoyuldu.

İqtisadi islahatların aparılması, xarici siyasətdə milli maraqlar üzərində aparılan işlər, ordu quruculuğundakı güclü və nizami ordu yaratmaq üçün atılan addımlar və ən vacibi ölkədə sabitliyin yaranmasına müvəffəq olmaq kimi mühüm əhəmiyyətli məsələlərin həllinə yalnız Ulu Öndər nail ola bildi.

1991-1993-cü illərdə yalnız xarici düşmənlərlə deyil, daxildə də baş verən çaxnaşmalar da vətənimizin sabitliyini pozmuşdu. O vaxt görülən bütün tədbirlər, bütün qərarlar imkan verdi ki, Azərbaycan müstəqil dövlət kimi bütün dünyada təsdiqlənsin. 1993-2003-cü illərdə atılan hər bir addım dövlətçilik ənənələrinin möhkəm əsasını qoydu.

Ölkəmiz beynəlxalq müstəvidə də öz sözünü dedi. Təbii ki, bunu Ulu Öndərin əvəzolunmaz davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində.

BMT Təhlükəsizlik Şurasına üzv, Qoşulmama Hərəkatına sədr, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətlər Təşkilatı və s. kimi mühüm təşkilatlarda uğurlu fəaliyyətlər sayəsində üzvü olmadığımız təşkilatların da münasibətinin dəyişməsinə səbəb oldu. Ermənistanın üzv olduğu Frankofoniya təşkilatı çərşivəsində Azərbaycana qarşı başladılan çirkin bir təxribatın nəticəsi siyasətin və sözün qüdrətini bir daha göstərdi. Çünki Azərbaycan xarici siyasət yolunda əməkdaşlıq, dostluq prinsiplərini əsas tutur.

Bu gün dünyada gedən bütün proseslər onu göstərir ki, təhlükəsizlik əsas şərt, öhdəlik və məcburiyyətdir. Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyətini yerinə yetirmək, təhlükəsizliyimizi əbədiləşdirmək ən vacib məsələ, ən müqəddəs vəzifə idi. Xalq-iqtidar bir yumruq kimi birləşdi. İlham Əliyevin siyasi baxışı, dünyagörüşü vaxtında verdiyi qərar nəticəsində müvəffəq oldu. Güclü ordu quruculuğu prinsipi sayəsində 44 günlük Vətən müharibəsində düşməni tarixi torpaqlardan qovub, ədaləti bərpa edərək Azərbaycan dövlətinin təhlükəsizliyi təmin edildi. Ümumxalq qələbə nəinki Azərbaycan vətəndaşlarının, bütün dünya azərbaycanlılarının sevincinə, qüruruna səbəb oldu. Başını dik tut Azərbaycan, başını dik tut Azərbaycan övladı!

Yenə də həmin ənənələrə sadiq qalaraq görülən hər bir iş, verilən hər bir qərar müstəqil Azərbaycanın inkişafını təmin etmək,onu dünya dövlətləri sırasında ilk pillələrə qaldırmaq, azad, güclü suveren bir ölkə etmək kimi missiyanı ələ alan Yeni Azərbaycan Partiyası, 30 yox, əbədi yaşaması, yaratması, çalışması diləyi ilə...

Ziyagül Hüseynova
Xəzər rayonu, İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə