Tətil sonrası məktəbə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tətil sonrası məktəbə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tətil boyunca oyuna və əyləncəyə alışan şagirdlər məktəb başladıqda adaptasiya olmaqda çətinlik çəkir. Buna görə də məktəblər başlamamışdan öncə uşaqları bu mühitə təkrardan hazırlamaq lazımdır.

Uşağın tətildən sonra məktəbə uyğunlaşması üçün ona zaman verməlisiniz. Ona məktəbin açılacağına az zaman qaldığı ilə bağlı xəbərdarlıq edin. Uşağınıza keçən il məktəbdə öyrəndiklərini əyləncəli şəkildə xatırlatmağa çalışın. Beləliklə, dərslər yenidən başlayanda uyğunlaşmaq daha asan olacaq.

Övladınızı məktəbin açılışına hazırlamağın yollarından biri də il boyu istifadə edəcəyi dəftərxana ləvazimatlarını qabaqcadan almaq və istifadə etmək üçün onu həvəsləndirməkdir. Bəyəndiyiniz qələm qutuları və dəftərlər uşağınızın dərs üçün darıxmasına səbəb ola bilər.

Məktəbinizin sosial mühitinə qayıtmaq onlara tətildən öncə dostları ilə nə qədər əyləndiklərini xatırladacaq. Bu fəaliyyətlər onlara məktəb günlərinə hazırlaşmağa kömək edəcək.

Uşağınızın gecə tez yatması və məktəb yaxınlaşdığı üçün səhər tezdən oyanması vacibdir. Belə ki, dərs başlayanda səhər oyanmaq problemi olmayacaq.

Məktəb həyatına alışmağın başqa bir yolu nizam-intizamlı olmaqdır. Uşağınızı yenidən məktəb nizam-intizamına alışdırmaq üçün məktəb başlamazdan bir neçə həftə əvvəl onu idman kursuna yazdıra bilərsiniz. İdmandakı nizam-intizam onun yenidən məktəbə alışmasını asanlaşdıracaq.

Bildiyimiz kimi, bu gün xarici dil təhsili kurrikulumun mühüm hissəsini təşkil edir. Uşaqlar öyrəndiklərini təkrar etməsələr, xüsusilə yay tətilində xarici sözləri unuda bilərlər. Uşağınızın öyrəndiyi dili unutmaması və məktəbdə çətinlik çəkməməsi üçün yay, yaxud payız-qış tətilində ona çoxlu sayda xarici dildə kitab oxutdura bilərsiniz.

Məktəbə və yeni sinfinə başlayanda nə öyrənə biləcəyi ilə bağlı onu həyəcanlandırın. Məsələn, əgər o, ilk dəfə elm dərsi alırsa, bu dərsin nə qədər vacib olduğunu və heyvanlar, kosmos və yer haqqında çox şey öyrənəcəyini izah edin. Bu üsulla uşağınızın dərslərə maraq göstərdiyinə əmin olacaqsınız.

Əgər övladınız məktəbə başlaması ilə bağlı həyəcanlı deyilsə və tətilin bitdiyinə görə kədərlənirsə, siz bayramlardan və uğurlu bir dərs ili keçirəcəyi təqdirdə alacağı mükafatlardan danışaraq onu həyəcanlandıra bilərsiniz. Sevdiklərinin məktəb illərində nə qədər uğurlu olduqlarını və məktəbdən nə qədər öyrəndiklərini danışaraq da onun motivasiyasını artıra bilərsiniz.

Şagirdlərə uzun tətillər əvəzinə daha qısa tətillər verilməsi lazım olduğunu bildirən türk psixoloq Engin Dəniz, “Məsələn, təhsil müddəti üç dövrə qədər uzadıla bilər. Beləliklə, uşaqlar məktəb mühitindən o qədər də uzaqlaşmayacaqlar ki, motivasiyalarını itirsinlər” deyib.

Tətildən sonra məktəbə başlayan uşaqların məktəbə uyğunlaşmasında qarşılaşdıqları çətinliklərdən danışan psixoloq, şagirdlərin uzun müddət məktəbdən və dostlarından uzaq olmaları səbəbiylə ictimai və emosional harmoniya və dostluq münasibətlərində problemlər yaşaya biləcəyini ifadə edib. Televiziya və kompüter qarşısında vaxt keçirən uşaqlar məktəbə başlayanda adaptasiyada çətinlik çəkə bilərlər.

Bunun qarşısını almaq üçün valideynlər tətildə övladlarını tək qoymamalı və işlərini planla görməlidirlər. Engin Dəniz uşaqların məktəbə uyğunlaşması üçün ilk həftələrin çox vacib olduğunu, uyğun olmayan bir başlanğıcın mənfi təhsil dövrünün keçməsinə səbəb olacağını vurğulayıb.

Psixoloq, “Dərslərini, sinifini və dostlarını sevməyən, səhər duranda məktəbə getmək istəməyən bir şagirdin müvəffəqiyyətli olmasını gözləyə bilmərik” deyib.

Bayramdan sonra uşaqların məktəbə uyğunlaşması üçün ailələrin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayan Engin Dəniz, “Ailələr, məktəblərin açılmasına bir neçə həftə qalmış uşağın həyat tərzini məktəbə uyğun olaraq düzənləyə bilərlər. Bu dövrdə yuxu rejimi, qidalanma vərdişləri və asudə vaxtları məktəbə uyğun təşkil edilərsə, uşaqların adaptasiya prosesi asanlaşar.

Uşağın məktəb ehtiyaclarını qarşılamaq üçün ailəsi ilə birlikdə alış-verişə gedərək tək olmadığını hiss edə bildiyini ifadə edən Dəniz, “Valideynlər şagirdlərin əvvəlki ildəki əskiklərini tamamlaya bilərlər. Yeni dövrdə öyrənəcəkləri fənlər haqqında məlumat verə bilərlər. Beləliklə, onlar öyrənmək üçün motivasiyalarını artırırlar. Onlar uşaqlarına yeni dövr üçün hədəflər qoymağa kömək edə bilərlər” deyə vurğulayıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə