"Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ" - YENİLƏNİB FOTOLAR
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizdə elan edilən "Şuşa İli" çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə noyabrın 22-də "Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ" mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfransda DQİDK-nın rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri- müsəlman dini icmaların rəhbərləri, üzvləri, habelə tarixçi mütəxəssislər iştirak ediblər. Konfransı giriş sözü ilə Dövlət Komitəsi sədrinin birinci müavini Sayyad Salahlı açaraq, qələbəmizin rəmzi olan Şuşa şəhərinin Azərbaycan xalqı üçün yüksək mədəni- mənəvi dəyəri nəzərə alınaraq elan edilən "Şuşa Ili" çərçivəsində Dövlət Komitəsinin Tədbirlər Planında yer alan layihələrin yüksək səviyyədə həyata keçirilməsindən bəhs edib. Daha sonra AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə director müavini Cǝbi Bəhramov, AMEA-nın şöbə müdiri Sakit Hüseynov, tarixçi Pərviz Ağalarov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Konfrans çərçivəsində 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli, 124 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şuşa İli" ilə bağlı Tədbirlər Planına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çəkilmiş "Şuşa-270 il" adlı sənədli film nümayiş olunub.
Şuşa qalasının təməlinin qoyulmasının 270-ci ildönümünə həsr olunan bu filmdo Şuşanın yaranma tarixi, unikal coğrafi mövqeyi və təbiəti, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatındakı müstəsna rolu, ədəbi, mədəni, elmi və ictimai fikir mühitinin görkəmli nümayəndələri, Şuşa mədəniyyətinin Azərbaycan və dünya mədəni irsinə verdiyi töhfələr, tarixi-dini ibadət yerləri, onların Ermənistanın işğalına və vandalizminə məruz qalması, 44 günlük Vətən müharibəsində işğaldan azad olunması, bərpa-quruculuq işlərinin başlanmasından bəhs olunub. Eyni zamanda, Şuşa şəhərinin Azərbaycan xalqının həyatında xüsusi yeri və rolu, qəhrəman Azərbaycan Əsgərini ruhumuzun paytaxtına aparan çoxsaylı səbəblər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, sərkərdəlik qabiliyyəti, Şuşanın azad olunmasını şərtləndirən xalq-lider-ordu birliyi filmdə sadə dillə və izahedici materiallarla izləyicilərə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB