Hindistanın Uttar Pradeş ştatında magistral yolun kənarında qalan çamadanın içərisində gənc qadın cəsədi tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gənc qadının valideynləri qətldə şübhəli bilinərək saxlanılıb.
Polis gənc qadının meyitinin müayinəsi zamanı onun başında, üzündə və bədəninin digər yerlərində çapıqların olduğunu və sinəsindən iki güllə yarası aldıqdan sonra öldüyünü üzə çıxarıb.
Polis 22 yaşlı gənc qadının başqa kastadan olan kişi ilə evliliyi üstündə mübahisə etdikdən sonra atası tərəfindən öldürüldüyünü bildirib.
Polis atanın lisenziyalı tapançasını və hadisədə istifadə edildiyi iddia edilən avtomobili müsadirə ediblər.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB