"Qadın sonradan ana ola bilməmə qorxusunu yaşayır" - PSİXOLOQ DANIŞDI
“Ümumiyyətlə abort prosesi bir ana üçün olduqca çətin bir andır. Amma burada fərqli məqamlar var. Qadınlar bəzən ailə vəziyyətinə görə məcbur olurlar, bəzən isə cins fərqi buna səbəb olur. Yəni bu mövzu iki cəbhəyə bölünür”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, bir var ailədə olan, biri də var nikahdan kənar olan abortlar: “Amma hər iki halda abortlar qadına mənfi təsirini göstərir. Hələki bununla bağlı hər hansı bir psixoloji söhbətlərin aparıldığını düşünmürəm. Amma xüsusi təşkilatlar, dövlət qurumları var ki, bu cür ailə və qadınla bağlı olan məsələlərə baxır. Bildiyim qədəri ilə onlar bu prosesin qarşısını almağa çalışırlar. Adətən qız uşaqlarının abort olunması ilə qarşılaşırdıq. Lakin dövr dəyişir və zaman-zaman hər iki cinsdən olan uşağa fərqli yanaşmalar olur.
Psixoloji baxımdan da bu proses qadınlara olduqca mənfi təsir göstərir. Hər nə qədər qadın özü belə imtina etmək istəsə də, amma daha sonra bunun psixoloji olaraq fəsadlarını yaşayır. Hətta bəzən qadında digər övladlarına qarşı da qəddarlaşma kimi hallar baş verə bilir. Çünki ilk övladın abort olunması qadına çox pis təsir edir. Bunun əsas səbəbi isə qadın sonradan ana ola bilməmə qorxusunu yaşayır. Bütün bunları nəzərdə aldıqda fərqlər çoxdur və bu məsələyə birmənalı yanaşmaq olmur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB