Aqressiya sözü latınca “aggressio” sözündən yaranıb və mənası hücüm deməkdir. Aqressiya başqa şəxsə (fiziki və mənəvi) zərər verə bilən hirs emosiyasını ifadə edən ən fəal formalarından biridir. SİA mövzu ilə bağlı araşdırma edib.

Aqressiv davranış, məqsədə gedən yolda maneələr yarandıqda və ya maraqların pozulduğu zaman başqaları tərəfindən yaradılan vəziyyətə mənfi reaksiyadır.
Aqressiv davranışı insan psixikasının hər hansı konkret sferası ilə bağlamaq daha böyük çətinliklərlə rastlaşır. Bəzən aqressiya emosional sferanın məhsulu kimi nəzərdən keçirilir. Burada ön planda nifrət və qəzəb kimi emosional hallar – affektlər durur. Lakin belə olan təqdirdə soyuqqanlı şəkildə fəaliyyət göstərən muzdlu qatilin hərəkətləri aqressiya sayılmamalıdır. Bu isə cəfəng görünür. Aqressiyanı motiv ilə əlaqələndirmək cəhdləri də inandırıcı görünmür. Məsələn, valideynlərin uşağını hər hansı bir dəcəlliyinə görə tənbeh etməsini kimsə aqressiya adlandıra bilməz. Halbuki burada qəsdən zərər yetirmək motivi şübhəsizdir. Ən nəhayət, aqressiyanın koqnitiv proses nöqteyi –nəzərindən qiymətləndirmək də həmişə mümkün olmur. Bir çox hallarda aqressiya xoşməram , müsbət münasibət bəslənilən yaxın adamlara qarşı yönəlmiş olur.

Uşaqlar niyə aqressiv olurlar?
Aqressiv davranışlar bir çox valideynləri qorxudur, lakin bu, adətən uşağın inkişafında normal bir mərhələdir. 3-4 yaşlı bir çox uşaq həmyaşıdlarından oyuncaqları götürür, döyür, təpikləyir və qışqırır.
Bundan əlavə, bəzən yorğunluq və stress ilə əlaqələndirilir. Uşaq öyrənməyə çalışdığı hər şeydən həddən artıq həyəcanlana bilir və nəticədə digər uşaqlara nifrət edə bilir. Əlavə olaraq, uşaq incidilib və ya diqqət yetirilmədiyi görünürsə, qarşısına çıxan hər şeyi itələməklə aqresiyyalarını göstərirlər.

Aqressiv davranışla nə etməli?
Valideynlər bilməlidirlər ki, aqressiyalı uşaqların öz aqressiyalarını büruzə vermələrinə mane olacaq bir faktor olmamalıdır. Bu, uşaqlarda əsəb sisteminin pozulmasına və somatik xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Buna görə də biz uşaqların bu hisslərini düzgün ifadə etməyi öyrətməliyik. Biz gözləməməliyik ki, bu aqressiya hissi bizim daxilimizi doldursun. Biz özümüzün və uşaqlarımızın davranışına nəzarət etməliyik. Onlarla sakit tərzdə danışmalıyıq. Əgər bizi nəsə qane etmirsə, onda biz səsimizin tonunu qaldırmalıyıq bir şərtlə ki, uşağın şəxsiyyətinə toxunmamalıyıq. Biz onun hərəkətlərini qiymətləndiririk, bizə xoş gəlməyən cəhətlərini göstərməliyik. Bütün bunları onu sevilmədiyini bildirəcək şəkildə etməməliyik. Bunları bir neçə dəfə etməklə aqressiyanı konstruktiv yola yönləndilməliyik.
Məsuliyyəti Gücləndirin
Bir uşaq təcavüz hücumu səbəbiylə bir şeyi sındırıb və ya səpələyibsə, o, hər şeyi qaydasına salmağa kömək etməlidir. Məsələn, oyuncağı sındırıbsa, ona yapışdırmağa kömək etmək lazımdır. Bunu cəza kimi qiymətləndirmək yox, aqressiv davranışın təbii nəticələri olduğunu başa düşməsi kifayətdir.
Televizora baxmağı məhdudlaşdırın
İlk baxışda zərərsiz görünən bir çox cizgi filmləri və digər uşaq proqramları qışqırıqlarla, hədə-qorxularla, davalarla doludur.
Müəllim-psixoloqun tövsiyələri
Bəzi uşaqlar digərlərinə nisbətən aqressiyaya daha çox meyllidirlər. Əgər uşağınızda bu cür davranışlar tez-tez varsa, hücumları idarə etmək çətindir və məktəb və digər təşkil edilmiş fəaliyyətlərlə bağlı problemlər yaradırsa, aqressiya uşaqlara (yaxud böyüklərə) fiziki hücumlardırsa, əvvəlcə pediatrınızla danışın. Bəzən stress və ya qəzəbin təzahürlərinin arxasında diaqnoz qoyulmamış davranış və ya inkişaf pozğunluqları dayanır. Bəzən bu, emosional çətinliklərdən və ya ailədəki problemlərdən qaynaqlanır.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB