“Minbəri digər ölkələrdə təhsil almış şəxslərə etibar edə bilmərik” - QURUM RƏSMİSİ DANIŞDI

“Minbəri digər ölkələrdə təhsil almış şəxslərə etibar edə bilmərik” - QURUM RƏSMİSİ DANIŞDI

“Din xadimlərinə məscidlərimizdə ehtiyyat çoxdur”. SİA xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ” mövzusunda keçirilən konfrans zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanın məscidlərində ölkəmizdə fəaliyyət göstərən dini-elmi mərkəzləri bitirənlər, eyni zamanda dini təhsili olub amma diplomu olmayan şəxslər də fəaliyyət göstərə bilər: “Lakin onlar imtahan verməlidirlər. Bu gün məscidlərimizdə Azərbaycan İlahiyyat İnstitutunu, BDU-nun İlahiyyat fakültəsini və ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən mədrəsələrin nümayəndələri iştirak etməlidirlər. Açığı minbəri digər ölkələrdə təhsil almış şəxslərə etibar edə bilmərik. Çünki onlar kimlərdən dərs alırlarsa onları təqlid edirlər. Azərbaycançılıq ideyalarını, Azərbaycanın milli-mənəvi dəyərlərini lazımınca təbliğ edə bilmirlər

Bu günə qədər 50-ə yaxın din xadimi imtahan verib. Bizdə imtahanlar çox şəffaf şəkildə həyata keçirilir. 7 nəfərdən ibarət nümayəndə imtahan götürür və hər bir din xadiminə savadına uyğun şəkildə qiymət verirlir. Qiymətlər toplanaraq müəyyən balı yığan ruhanilər sertifikat alıb təyinatı üzrə göndərilirlər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə