“Şuşada çox geniş bərpa işləri həyata keçirilir“ - Səyyad Salahlı
“Ermənilər işğal dövründə Azərbaycanın 65 məscidindən 63-nü darmadağın ediblər”. SİA xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ” mövzusunda keçirilən konfrans zamanı bildirib.
O qeyd edib ki, islam dini ilə bağlı atributlar, işarələr tamamilə pozulmuşdur: “Bu məscidləri yanlız bərpa etmirik, eyni zamanda məscidləri əvvəlki görkəminə qaytarırıq, həm də bəzi yeni əlavələr edirik. İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri çoxdan başlayıb. Gövhər Ağa məscidinın bərpası bitmək üzrədir, Aşağı Gövhər Ağa, Saatlı məscidində və digər məscidlərdə bərpa işləri davam etdirilir.
Şuşada çox geniş bərpa işləri həyata keçirilir. Onun əvvəlki görünüşünü geri qaytarmaqla yanaşı onun həm də yeni siması formalaşdırılır. Ümumiyyətlə Şuşanın bərpası, məscidlərimizin, dini abidələrimizin bərpası əsas məsələlərdən biridir. İşğaldan azad olunan ərazilərdə rus kilsəsinin və digər kilsələrin bərpası üzrə də işlər davam etdirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB