Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov noyabrın 25-də saat 15:00-da vətəndaş qəbulu keçirəcək.
SİA-nın əldə etdiyi məlumata görə, DMX-dən bildiriblər ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə Bakının Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsinə yaxınlaşa bilərlər.
Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir.
Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB