YAP-ın 30 illiyi ilə bağlı şəhər sakinlərinin fikirləri - SORĞU

YAP-ın 30 illiyi ilə bağlı şəhər sakinlərinin fikirləri - SORĞU

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasından 30 il ötür. Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci il tarixində Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılıb. Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və humanitar sahəsində mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası yarandığı ilk dövrlərdən etibarən xalqın mənafeyini üçün, Azərbaycan xalqının azadlığı üçün hər cür çətinliyin öhtəsindən gəlməyə çalışmışdır. Mövzu ilə əlaqədar SİA şəhər sakinlərinin fikirlərini öyrənmək məqsədilə sorğu keçirib:

Şəhər sakini Yavər Mirzəliyev: "Yeni Azərbaycan Partiyasının fəaliyyəti hər zaman tam mütəşəkkil şəkildə təşkil olunub. Hakim partiya hesab olunan bu siyasi qurum daima mərhələli şəkildə ölkənin daxili siyasətinə birmənalı şəkildə təsir edib. Mən bir Azərbaycan vətəndaşı kimi daima bu partiyanı dəstəkləyərək, uğurlarına sevinmişəm".

Şəhər sakini Vaqif Nuftullayev: "Yeni Azərbaycan Partiyasını yubleyləri münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, partiyanın fəaliyyəti daha uzunömürlü olar. Mən özüm də uzun illərdir ki, partiyanın üzvüyəm. Hər zaman fəaliyyətlərini dəstəkləmişəm".

Şəhər sakini Yaqut Məmmədova: "Yeni Azərbaycan Partiyası Azərbaycanın simvollarından biridir. Mən düşünürəm ki, Zəfər tariximizdə yaşanmasında YAP-ın mühüm rolu var. Azərbaycan Respublikasında bu partiya aparıcı mövqeydən çıxış edir. Bu səbəbdən Yeni Azərbaycan Partiyasını 30 illik yubley münasibəti ilə təbrik edirəm".

Şəhər sakini Sərdar Orucov: "Yeni Azərbaycan Partiyası xalqımızın həyatında mühüm rol oynayır. Belə ki, ümummilli lider Heydər Əliyev bu partiyasının təsisçisi olub. Hazırda Ulu Öndərin fəaliyyətini cənab Prezident İlham Əliyev həyata keçirdir".

Şəhər sakini Fuad Qurbanov: "Yeni Azərbaycan partiyası 1992-ci il 21 noyabr tarixində Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılıb. Partiya yarandığı zaman 550 nəfərdən ibarət olub. Lakin indiki dövrdə partiyanın tərkibində yüz minlərlə üzvü, milyonlarla təəssübkeşi var. Məndə partiyanı 30 illikləri münasibəti ilə təbrik edir, uzun ömürlər arzulayıram".

Şəhər sakini Gülpəri Məmmədova: "Yeni Azərbaycan Partiyası Azərbaycan üçün önəmli bir amildir. Təbii ki, partiyanın fəaliyyəti göz önünüdədir. Hər zaman partiya ölkənin bütün sahələrinə müsbət mənada təsir edib. Mən düşünürəm ki, bu belə də olmalıdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə