Qəbələdə milli-mənəvi dəyərlərin təbliği mövzusunda konfrans keçirilib – FOTOREPORTAJ

Qəbələdə milli-mənəvi dəyərlərin təbliği mövzusunda konfrans keçirilib – FOTOREPORTAJ

“Milli-mənəvi dəyərlərin təbliğində QHT-lərin və dini icmaların rolu” adlı konfransda 50-dən artıq ictimai təşkilat nümayəndəsi iştirak edib

Noyabrın 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələ şəhərində “Milli-mənəvi dəyərlərin təbliğində QHT-lərin və dini icmaların rolu” mövzusunda regional konfrans keçirilib.

Konfrans çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Yalağaclı məscidi, "Azərbaycan Udi Ocağı”, “Cotari” Alban-Udi və Müqəddəs Məryəm Ana kilsələri ziyarət edilib.
Səfərdə 50-dən artıq ictimai təşkilatın nümayəndələri iştirak edib.Tədbir iştirakçılarına dini ibadətgahlar haqqında geniş məlumat verilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Amil Cavadov, Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyanın əməkdaşı Əli Pənahov, Alban-Udi Xristian Dini İcmasının rəhbər Robert Mobili və digərləri çıxış edərək Azərbaycanda dini tolerantlıq və multikulturalizm ənənələrinin qədimdən bəri bərqərar olduğunu, bu gün də ölkəmizdə bütün dini icmaların qardaşlıq mühitində fəaliyyət göstərdiyini bildiriblər. Konfransda Azərbaycan dövlətinin bütün dini icmalara qayğısı, müxtəlif dini məbədlərin tikinti və təmirinə yardım etdiyi vurğulanıb.

Qeyd olunub ki, bu gün bütün ölkə ərazisində müxtəlif dini konfessiyalar sərbəst fəaliyyət göstərir və onların hamısı dövlətimizin və xalqımızın firavanlığı, mənəvi dəyərlərinin qorunması üçün əməkdaşlıq edirlər.
Tədbirdə iştirakçılara dini və milli mənəvi dəyərlər mövzusunda yazllmış kitablar paylanlb, xatirə şəkli çəkilib.

Elçin Bayramlı

Fotolar müəllifindir

Bütün xəbərlər Facebook səhifəmizdə