Ölkədə qeyri-formal məşğulluğun qarşısının alınması, sığorta olunanların əmək hüquqlarının qorunması və bu sahədə qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, 2022-ci ilin noyabrın 1-nə aktiv əmək müqavilələrinin sayı 1 milyon 728 mindən çox olub.
İlin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 47 mindən çox artıb.
Həmçinin oktyabr ayı ərzində özəl sektorda 12,5 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb. Cari ildə bu sahədə aparılan tədbirlərin nəticəsi olaraq, əmək müqavilələrinin artımı, əsasən, ticarət, xidmət, sənaye sahələrində daha çox müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB