Plastmas və onlardan hazırlanan məmulatların ixracı azalıb

Plastmas və onlardan hazırlanan məmulatların ixracı azalıb

Yanvar-oktyabr aylarında 301 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 320,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 342,4 milyon dollar olmaqla 336,6 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə