Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 23-də Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Qurumdan SİA-ya verilən məlumata görə, qəbul Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri:
Cavanşir Bəhrəmov
Əlaqə vasitələri:
(050) 562 72 32
(021) 246-62-99
[email protected]
[email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB