Autizm, emosional təzahürlərin və ünsiyyət sferasının açıq şəkildə çatışmazlığı olan zehni və psixoloji inkişafın pozulmasıdır. "Autizm" sözü - öz daxili aləmi olan insan və ya öz içindəki insan deməkdir.
Belə bir xəstəlikdən əziyyət çəkən insan heç vaxt öz emosiyalarını, jestlərini və şifahi müraciətini başqalarına göstərmir və onların hərəkətləri çox vaxt ictimai məna daşımır.
Bir çox valideyni bir sual narahat edir ki, uşağın autizm olduğunu necə başa düşmək olar və bu xəstəlik ilk dəfə hansı yaşda özünü göstərir? Çox vaxt bu diaqnoz 3-5 yaş arası uşaqlara qoyulur və erkən infantil autizm və ya "Kanner" sindromu adlanır. Bu xəstəliyin kliniki təzahürləri, eləcə də müalicə prinsipləri autizm formasından asılıdır və ən çox üz ifadələrinin, jestlərin, nitqin ucalığının və başa düşülməsinin pozulması ilə özünü göstərir.
Xəstəliyin inkişafının səbəbləri hansılardır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.
Əksər hallarda autizmli uşaqlar fiziki cəhətdən yaxşı inkişaf edir və xoş görünüşə malikdirlər, yəni zahiri görkəminə görə bu körpənin sinir sisteminin hər hansı bir xəstəliyi olduğunu söyləmək mümkün deyil. Autizmin dəqiq səbəbləri mütəxəssislərə məlum deyil, lakin bu xəstəliyin inkişafına kömək edə biləcək bir sıra amillər aşağıdakılardır:
serebral iflic;
hamiləlik və ya doğuş zamanı oksigen çatışmazlığı;
hamiləlik zamanı ana tərəfindən ötürülən yoluxucu xəstəliklər, məsələn, məxmərək, sitomeqalovirus;
anada piylənmə (həkimlər qeyd etdilər ki, hamiləlik zamanı ananın bədəndə piylənmə və digər metabolik pozğunluqlardan əziyyət çəkdiyi təqdirdə uşaqda autizmin inkişaf riski daha yüksəkdir);
irsi meyllilik - ailədə ana və ya ata tərəfdən uşaqlarda autizm halları varsa.
Belə uşaqlar ətrafdakı dünyanı necə qəbul edir?
Autizmli uşaq demək olar ki, canlı cisimləri cansızlardan ayıra bilmir. Ətrafdakı bütün xarici təsirlər (toxunma, işıq, səs, yaxın təmas) autizmli insana qıcıqlandırıcı təsir göstərir, buna görə də xəstə ən çox özünə çəkilir və hətta yaxın insanlarla əlaqə qurmaqdan imtina edir.

Autizmin simptomları və əlamətləri
Uşaqlarda autizm müəyyən klinik əlamətlərlə ifadə olunur. Erkən uşaqlıq autizmi ilk dəfə hətta bir yaşlı körpədə də özünü göstərə bilir.
Azərbaycanda autizm diaqnozlu insanların dəqiq statistikası aparılmasa da, bu rəqəmin 6000- dən çox olduğu deyilir.
Səhiyyə Nazirliyi əlilliklə bağlı proqramda autizm sindromu barədə məsələlərin yer aldığını, ümumi vəziyyətin isə üç il əvvələ nisbətdə irəlilədiyini bildirib.

"Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova: "Autizm spektr pozuntusu xəstəlik olaraq tam təsdiq edilmir. Bu spektrı yaradan əsas səbəblər təəssüf ki dünyada bilinmir. Amma son araşdırmalar onu göstərir ki, genetik bir problem olma ehtimalı var və bu genetik problem də, ətraf mühit təsiriedici qüvvələrindən ötrü yaranmış bir problemdir. İdeologiyası bilinmədiyi üçün xəstəlik olaraq da tam ifadə olunmur və təəssüfki tibbi müalicəsi yoxdur.
Cəmiyyətdə övladlarımızla əlaqəli məqsədimiz autizmə qalib gəlmək deyil, çünki autizm həyat boyu davam edən bir prosesdir. Əsas məqsədimiz autizmli şəxslərin həyat keyfiyyətlərini artıraraq onları sərbəst şəkildə həyata tutundurmaqdır. Mən də 20 yaşlı autizmli bir şəxsin anasıyam və illərdir də məqsədim oğlum da daxil olmaqla qurduğum birgə sağlam ictimai birliyin nəzdində dəstək alan bütün autizmli şəxslərin həyat keyfiyyətlərini, şəraitlərini yaxşılaşdırmaq və onların valideynləri və yaxınları yanında olmadan sərbəst şəkildə həyata öyrətməkdir.
Dünya araşdırmaları artıq göstərir ki, autizm spektr pozuntusu diaqnozu 2/3 yaşlarında tam dəqiq qoyula bilir. Ancaq ondan öncə də həssas olan valideynlər və professional mütəxəssislər bunu çox rahatlıqla hətta 9 ayından fərq edə bilirlər. Erkən yaşda müdaxilə doğru və intensiv olarsa autizmli şəxslərin 40 faizi gələcəkdə universitet oxuya biləcəklər. Autizm halları baş verdikdə ilk müraciət edəcəkləri adamlar psixiatrlar olmalıdır.
Biz "Birgə və Sağlam" İctimai Birliyi olaraq 10 ildir fəaliyyət göstəririk və 10 il ərzində autizm spektr pozuntusu dioqnozu ilə gələn ailələrə dəstək oluruq. 0-25 yaş arasındakı uşaqlara, yeniyetmələrə, gənclərə mərkəzimizdə bərpa dəstəyi veririk və ən önəmli işlərdən biri də maarifləndirmə işidir. Nazirliklə birgə əməkdaşlıq edib dövlət səviyyəsində həyata keçiririk. Son dörd ildə artıq Heydər Əliyev Fondu ilə əməkdaşlıq edərək bütün ölkəmizdə, hətta rayonlarımızda belə çalışmalara etməyə çalışırıq. Yaxın zamanda 25 noyabr tarixində "AzərGold" şirkətinin və Heydər Əliyev fondunun dəstəyi ilə tamamən təmənnasız dəstək verəcək bir autizm mərkəzi açırıq. Gəncədə açılacaq bu mərkəz həmçinin ətraf rayonlara da dəstək verəcəkdir".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB