İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək qaz paylayıcı şəbəkə qurulacaq

İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək qaz paylayıcı şəbəkə qurulacaq

İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək qaz təchizatı məqsədilə paylayıcı şəbəkə qurulacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Şuşa, Xocavənd, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarının yaşayış məntəqələrində qaz paylayıcı şəbəkənin qurulması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə