Qara zirə toxumunun faydaları nələrdir? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

"Qara zirə otu qədim tərkibə malik olan bitki növüdür. Qədim tarixi mənbələrə görə, 3 min ildir ki qara zirə otu həm şəfaverici məqsədlə, həm də çörəklərin üzəri üçün istifadə olunur". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, bu bitkini duman üzərində sevgi bitkisi kimi adlandırırlar: "Analoji olaraq bu bitki mədə və bağırsaq, tənəffüs sistemi pozğunluqlarının müalicəsi üçün, eləcə də sağlam və cavan qalmaq üçün ümumi vasitə kimi istifadə olunan bitkidir. Bundan əlavə ürək və qan damar sisteminin qorunmasında, qaraciyər piylənməsinin qarşısını alınmasında, hüceyrələrin yenilənməsində dəstəkləyici rol oynayır. İnsan orqanizmində mikroorqanizmlərdə, patogen bakteriyalar, virus və göbələklərdən mübarizə aparmaq qabiliyyətinə malik olan bir bitkidir. Qeyd edək ki, qarazirə bitkisi sağlam qidalanma ilə məşğul olan insanlara, o cümlədən rəngli qazlı içkiləri içməyən, lifli qidaları istehlak edən şəxslərdə daha effektiv təsir göstərir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə