Zakir Həsənov Gürcüstanın Milli Müdafiə Akademiyasında olub- FOTO

Zakir Həsənov Gürcüstanın Milli Müdafiə Akademiyasında olub- FOTO

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 15-də Qori şəhərindəki David Ağmaşenebeli Milli Müdafiə Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, müdafiə naziri akademiyanın rektoru briqada generalı Mamia Balaxadze ilə görüşüb. Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də bu sahənin inkişaf perspektivləri müzakirə olunub.
Sonra general-polkovnik Z.Həsənov akademiyanın “Şərəf kitabı”nı imzalayıb.

Milli Müdafiə Akademiyası ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov kursantların idman yarışını izləyib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə