Noyabrın 14-də BP “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz”, TPAO, LUKOIL, NİCO, MOL, “Equinor”, SGC, INPEX, “ExxonMobil”, ITOCHU, “TotalEnergies”, “Eni”, “ONGCVodesh” adından ali təhsil müəssisələrinə yeni daxil olmuş 84 gənclə görüş keçirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihə haqqında məlumat verib. Bildirib ki, bu gənclər BP və tərəfdaşlarının altı ildir dəstəklədiyi “Gələcəyini qur” layihəsi üçün aztəminatlı ailələrdən seçilmiş və bir il həmin proqramda hazırlıq keçmiş gənclərdir. Bu layihə çərçivəsində aztəminatlı ailələrdən seçilmiş 11-ci sinif şagirdlərindən ibarət böyük bir qrupa universitetə daxil olmaq üçün birillik geniş hazırlıq təlimləri keçirilir. Həmçinin layihə çərçivəsində iştirakçılara psixoloji dəstək verilir və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilir. Bu günədək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş, Yevlax və Hacıqabul rayonlarındakı müxtəlif icmaları təmsil edən təxminən 500 aztəminatlı ailə bu layihədən faydalanıb. Layihənin altı mərhələsi ərzində iştirak etmiş 482 nəfərdən təxminən 409-u, iştirakçıların 85 faizi ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək müxtəlif universitetlərdə tələbə adını qazanıb. Builki mərhələnin 93 iştirakçısından 84 nəfəri uğurlu nəticə göstərib, 76 nəfər universitetə və 8 nəfər kollecə qəbul olunub. Təxminən 11 nəfər iştirakçı qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb.
B.Aslanbəyli deyib: “Bu, yüzlərlə gənc və istedadlı insana öz inkişaf yolunu seçməyə və sevimli peşələrinə doğru ilk addımlarını atmağa kömək edən davamlı layihədir. Bu layihənin böyük uğur qazanması üçün əməliyyatlarımızın yaxınlığındakı onlarla icma ilə sıx əməkdaşlıq edirik. Builki nəticələrdə əldə olunan 90 faizlik müvəffəqiyyət göstəricisi bizi bu təşəbbüsü 2023-cü ildə də davam etdirməyə ruhlandırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB