Özünü sevməyən başqasını sevə bilər? - ARAŞDIRMA

Özünü sevməyən başqasını sevə bilər? - ARAŞDIRMA

Hamımız zaman-zaman özümüzü tənqid edir və bədbinləşirik. Bu normal bir davranış olsa da, davamlı olarsa özünə nifrət adlanır. Özünə nifrət insanın bütün davranışlarına görə özünü günahkar hiss etməsinə səbəb olur və həm gündəlik həyatına, həm də münasibətlərinə, xüsusən də özünə zərər verir.

Özünə nifrət nədir?

Özünə nifrət, bir insanın davamlı olaraq tənqidi və nifrət dolu bir dillə özü ilə danışması kimi izah edilə bilər. İnsan davamlı olaraq öz-özünə, “Bilirdim ki, bacarmayacaqsan”, “Kaş ki, cəhd etməsəydin.”, “Sən yazıqsan.”, “Heç kim səninlə olmaq istəmir.” kimi mənfi cümlələr qurur.

Özünə nifrətin səbəbləri nələrdir?

İnsanın özünə nifrət etməsinin arxasında müxtəlif səbəblər ola bilər. Bunlardan birincisi insanın özündən çox böyük gözləntilərin olmasıdır. Özünə və qabiliyyətlərinə real nöqteyi-nəzərdən baxa bilməyən insan uğursuzluqları nəticəsində özünə nifrət edə bilər.

Özünə nifrətin təsirləri

Özünə nifrət insanın həyatının bəzi sahələrinə deyil, bir çox sahələrinə mənfi təsir göstərir. Belə insanların demək olar ki, hər şeydə özünə inam problemi var. Onlar vacib qərarlar qəbul etməkdən, addımlar atmaqdan, başqaları ilə ünsiyyətdən qaçır.

İş həyatında, ailə həyatında, ikitərəfli münasibətlərdə və ictimai vəziyyətlərdə özünə güvənsiz davranan insanın romantik münasibətlərdə də problemləri var. Bir insanın beynindəki tənqidi səs kiminləsə yaxınlaşmaq və əlaqə qurmaq ideyası ilə mübarizə aparır. Kiminsə onun qüsurlarını görəcək qədər yaxınlaşacağından narahatdır. İnsan özünə nifrət duyğusunun öhdəsindən gəlməyə çalışarkən, başqasının onun daxili dünyasını görməsi fikrini qəbul edə bilmir.

Belə bir ifadə var ki, “Özünü sevməyən başqasını sevə bilməz”. Bəs, bu həqiqətən də belədirmi? Özünə sevgi özündən razılıqdır? Bu eqoizmdir? Özünü sevməyən insan başqasını sevə bilərmi? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Özünü sevməyən insan kimə deyilir?

Mizantropiya hərfi mənada "insanlara nifrət etmək, ürkmək və ya bəyənməmək" deməkdir. Bu baxış və düşüncələrdə olanlara misantroplar və ya misantropçular deyilir.

Bəs, insanlar özlərini sevməsə nə olar?

Əgər insan özünü sevmirsə, daim özünü tənqid edirsə, özünə güvənmirsə, təbii olaraq bədbəxt, özünə qəzəbli və məyus biri olacaq.

Özünü sevmək nə deməkdir?

Özünü sevmək, hansı şəraitdə olursa olsun özünü unutmamaq, özünə qayğı göstərmək deməkdir. Hər şeyə rəğmən var olmaqdır. Heç bir şeyimizi dəyişdirməyə çalışmadan, bənzərsiz təbiətimizlə kim olduğumuzu bilməkdir.

Özünü necə sevə bilərsən?

- Duruşunuza diqqət yetirin.
- Sevdiyiniz şeylərlə məşğul olun.
- Yox deməyi öyrənin.
- Bir terapevtdən kömək alın.
- Özünüzdən mükəmməllik gözləməyin.

Özünü sevməyən başqasını sevə bilməz?

Özünü sevməyən başqasını sevə bilməz. Buna görə də özünüzü sevin.

İnsan özünü necə mükafatlandırır?

Hər gün özünüzü motivasiya etməyin edin:

- Rahat bir nəfəs alın
- Kiçik uğurlarınızı da qeyd edin. Onları - görməzdən gəlməyin.
- Görüləcək işlər siyahısını yarıya bölün.
- Özünüzə yaxşı davranın.
- Zəifliklərinizi qəbul edin.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə