Alla Puqaçova Tel-Əvivdə Zivertin konsertinə qatılıb

Alla Puqaçova Tel-Əvivdə Zivertin  konsertinə qatılıb

Rusiyanı tərk edən müğənni Alla Puqaçova Tel-Əvivdə moskvalı müğənni Zivertin konsertinə qatılıb. Daha sonra primadonna Yulia Zivertin “ürəyini qazandığını” söyləyib. SİA-nın qeyd etdiyi kimi, rus saytları bunu, yəni “ürəyini qazanmağını” elə-belə yazıblar. Əslində yazmaya da bilərdilər, nə isə...

Beləliklə, “gözəl, istedadlı və ağıllı müğənni ürəyimi və böyük, izdihamlı coşğulu salonu fəth etdi. Bravo!”.

Qeyd edək ki, bunları Puqaçov deyib və belə görünür ki, o Yulia Zivertin çıxışını yüksək qiymətləndirib.

Eyni zamanda, rus saytlarının yazdığına görə, Puqaçovanın özü də diqqətdən kənarda qalmayıb. Belə ki, onu da konsertdən sonra pərəstişkarları əhatəyə alıblar.

Qeyd edək ki, bundan əvvəl Alla Puqaçova Zemfiranın da Tel-Əvivdəki konsertində iştirak etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə