Şakira və Pikenin 12 saatlıq görüşü

Şakira və Pikenin 12 saatlıq görüşü

İyunda xəyanətə məruz qaldığı üçün iki övladının atası Jerar Pike ilə uzunmüddətli münasibətinə son qoyan Şakiranın futbol və vəkil komandaları ilə 12 saatlıq görüş keçirdiyi üzə çıxıb. SİA xarici mediaya istinadən xəbər verir ki, ayrılmaq qərarına gələn kolumbiyalı müğənni Şakira və ispaniyalı futbolçu Gerard Piquenin razılığa gəlmək üçün vəkilləri ilə 12 saatlıq görüş keçirdikləri bildirilib.

Görüş zamanı tərəflər Şakiranın 2023-cü ilin əvvəlində cütlüyün 9 və 7 yaşlı 2 oğlu ilə ABŞ-ın Mayami şəhərinə köçməsi barədə razılığa gəliblər. Tərəflərin aliment və ya kompensasiya ödəyəcəkləri, əmlakın bölünməsi ilə bağlı hər hansı açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə