Elton Con öz virtual dünyasını hazırlayıb

Elton Con öz virtual dünyasını hazırlayıb

Britaniyalı müğənni Elton Con Roblox oyununda öz virtual dünyasını hazırlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, oyunda Conun hitlərinə əsaslanan interaktiv tapşırıqlar və viktorina daxildir. Həmçinin, orada sənətçinin obrazlarından ilhamlanan kolleksiya da təqdim olunacaq. Fanatlar öz avatarlarında tam geyimləri və ya Elton Conun qarderobundan fərdi əşyaları sınaya biləcəklər.

Eyni zamanda, virtual aləmdə sənətçinin sevimli bəstələrindən ibarət 10 dəqiqəlik Elton Con konserti keçiriləcək. Tamaşa noyabrın 17-də baş tutacaq və noyabrın 20-dək hər saatdan bir təkrarlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə