Müğənni Zlata Bojen 41 yaşında vəfat edib

Müğənni Zlata Bojen 41 yaşında vəfat edib

Müğənni Zlata Bojen 41 yaşında vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sənətçinin yaxınları məlumat yayıb.

“Əziz dostlar, sabah noyabrın üçündə Zlatanın vəfatından doqquz gün keçir. O, 2022-ci il oktyabrın 26-na keçən gecə vəfat edib”, - deyə, Bojenin qohumları sosial şəbəkələrdə yazıblar.

İfaçının dostlarının dediyinə görə, o, uzun müddət davam edən xəstəlik nəticəsində dünyasını dəyişib, həkimlər ona dəqiq diaqnoz qoya bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə