Amerikalı kulinar yazıçı Culi Pauell dünyasını dəyişib

Amerikalı kulinar yazıçı Culi Pauell dünyasını dəyişib

49 yaşlı Amerikalı kulinar yazıçı Culi Pauell dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib. Yazıçının ölümünə səbəb isə ürəyinin dayanması olub.

Culi 2002-ci ildə kulinariya ilə bağlı bloq hazırlamağa başlayıb. Daha sonra isə bununla bağlı memuar yazıb. Daha sonra həmin kitab əsasında “Culi və Cilya: Resept əsasında xoşbəxtlik hazırlayırıq” adlı film çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə