Şahzadənin sol əli satışa çıxarılır

Şahzadənin sol əli satışa çıxarılır

Şahzadə Diananın sol əlinin eynisi olan tökülmə heykəl gələn həftə auksionda satışa çıxarılacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, 40 min sterlinq dəyərində qiymətləndirilən əl Kolçester şəhərində Rimen Densi adlı evdə satılacaq.

1997-ci ildə avtomobil qəzasında ölən Diana illər keçsə də, gündəmdən düşmür. Bu ilin əvvəlində onun üç il işlətdiyi “Ford Escort” markalı maşını isə 650 min sterlinqə satılmışdı.

Qeyd edək ki, Diananın əli heykəltəraş Oskar Nemon tərəfindən düzəldilib. Bundan öncə Şahzadənin uşaqlıq velosipedi, ailə dostlar Roger Brambla yazdığı məktublar, hətta Kral Çarlzla 1981-ci ildəki toylarında kəsilən tortun bir dilimi də auksionda satılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə