Mir Yusif yenidən konsert verəcək - FOTOLAR

Mir Yusif yenidən konsert verəcək - FOTOLAR

Ötən günlərdə 45 yaşına qədəm qoyan Xalq artisti Mir Yusif doğum gününü səmərəli keçirib. SİA xəbər verir ki, şəhər məkanlarının birində səhnə alan ifaçı sevənləri ilə birgə əylənib. Canlı ifalar səsləndirən müğənni “Ruh əkizləri” ilə maraqlı anlar yaşayıb. Bundan başqa, İctimai Televiziya sənətçinin bu yay “Yaşıl Teatr”da ard-arda verdiyi 3 günlük konsert proqramını da Mir Yusifin ad günündə yayımlayıb. Xalq artisti isə bu ərəfədə yeni qərarını tamaşaçıları ilə bölüşüb. Belə ki, sənətçi yeni konsert proqramı ilə səhnəyə çıxacağını bildirib. O, 6-7 yanvar tarixlərində Heydər Əliyev sarayında sevənlərinin görüşünə gələcək. Canlı ifalar sərgiləyəcək müğənni səhnədə 2 saat qalmağı planlaşdırır. İfaçı tanınmış mahnıları ilə bərabər yeni hitlərini də təqdim edəcək.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə