Türkiyənin məşhur aktyoru Rıza Akından bəd xəbər gəlib. SİA xəbər verir ki, kino aktyoru Menderes Samancılar sosial media hesabından məşhur aktyor Rıza Akının beyin qanaması keçirdiyini açıqlayıb.
Menderes Samancılar "Twitter" hesabından verdiyi açıqlamada bildirib: "Qardaşım Rıza Akın beyninə qan sızması keçirdi. Əməliyyatdan çıxdı, reanimasiyadadır. Allah onu sevdiklərinə bağışlasın. Qardaşım bu işin öhdəsindən gələcək. Biz də bütün həkimlərimizə sona qədər inanırıq və güvənirik”.
Samancıların bu paylaşımından sonra məşhur aktyorun izləyiciləri ona tezliklə şəfa diləyiblər. Adanalı məşhur sənətçi Rıza Akın bir çox kino və televiziya tamaşalarında, teatr tamaşalarında rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB