Məşhur aktyorun oğlu 25 yaşında vəfat etdi

Məşhur aktyorun oğlu 25 yaşında vəfat etdi

Xarici aktyor Tim Rotun oğlu Kormak 25 yaşında vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kormak oktyabrın 16-da vəfat edib. Ölümün səbəbi oğlanın bir il mübarizə apardığı nadir bir xərçəng növü olub.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Kormaka 3-cü mərhələdə testis germ hüceyrəli şişi və nadir bir xəstəlik olan xoriokarsinoma diaqnozu qoyuldu. Xəstəlik səbəbindən o, eşitmə qabiliyyətinin yarısını itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə