Aktrisalıq performansı və gözəlliyi ilə hər dönəmdə adından söz etdirməyi bacaran Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay son çəkisi ilə diqqət çəkib. SİA xəbər verir ki, 16 saat ac qaldığını bildirən 46 yaşlı aktrisa 1 ayda 10 kilo arıqladığını bildirib.
Son olaraq fit imici ilə diqqət çəkməyi bacaran Nurgül Yeşilçay qırmızı paltarı ilə sosial medianı silkələyib. Gözəl aktrisa Nurgül Yeşilçayın bir-birinin ardınca çəkdiyi kadrlarına heyran olarkən paylaşımlarının birinə "Tezliklə kilo ala bilərəm, qoy gözümün qabağına qalsın" deyib.
Daha çox zülalla qidalandığını deyən Yeşilçay sirrini “16 saat ac qalıram, göz altı torbalarım üçün yumurtanın ağını, selülitim üçün isə filtr qəhvə qabığından istifadə edirəm” sözləri ilə açıqlayıb. Aktrisa həftənin 3 günü idmanla da məşğul olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB