Türkiyənin "Kurtlar Vadisi" serialının əfsanəvi personajlarından biri olan "Pala" eynəyini çıxararkən görənləri "Yalnız ölülər görür" misrası ilə öldürməsi ilə tanınır. SİA xəbər verir ki, Türkiyə tarixinin ən yaddaqalan prodüserləri arasında yerini alan “Kurtlar Vadisi” serialı illər keçməsinə baxmayaraq gündəmdən düşmür. Bir çox personajları bu gün də maraq mövzusu olan serialda "Pala" obrazı qısa müddət rol almasına baxmayaraq əfsanəvi obrazlar sırasındadır. Serialda "Pala" obrazını canlandıran Yüksel Arıcı ötən gün sosial medianın gündəminə düşüb.
Sosial mediada ciddi izləyici kütləsi olan "Pala" bir müddət əvvəl qatıldığı “Beşiktaş” – “Ümraniyespor” matçı ilə bağlı paylaşım edəndə sosial media az qala "partlayıb". Yazıya “Bura boşunamı gəldik, Babayiğit, sən eynəyini çıxardığın üçün kimsə təhlükədədir” kimi şərhlər yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB