Aktrisa illər sonra çəkildiyi film haqqında danışdı

Aktrisa illər sonra çəkildiyi film haqqında danışdı

Məşhur türk aktrisa Beren Saat aktyor Kıvanç Tatlıtuğla illər sonra çəkildiyi film barədə danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məkanlardan birindən çıxarkən görüntülənən Beren “Nyu-Yorkda filmin çəkilişlərini bitirdik. Çox şirin bir filmdir. Mən çox əyləndim, uzun zamandır obrazımdan bu qədər zövq almamışdım... Çox əylənəcəksiniz”, - deyə, bildirib.

Qeyd edək ki, ekran işi “Netflix”də yayımlanacaq. İngilis dilindəki adı “Last call for İstanbul” olacaq. Filmdə Kıvanç Mehmet, Beren isə Serin obrazını canlandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə