Tənqid hədəfinə çevrilən səhnəni klipindən çıxardı

Tənqid hədəfinə çevrilən səhnəni klipindən çıxardı

Yeni albomu “Midnights” ilə rekord qıran Teylor Sviftin klipi müzakirə yaradıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun “Anti-hero” mahnısına çəkdirdiyi ekran işində çəki ilə bağlı səhnə tənqid olunub.

Belə ki, Teylorun üzərinə çıxdığı tərəzidə “Kök” sözünün yazılması istifadəçilər tərəfindən bəyənilməyib. Bundan sonra sənətçi tənqid hədəfinə çevrilən səhnəni klipindən çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə