Rusiyanın məşhur müğənnisi Vitasın (əsl adı Vitali Qraçov) karaoke barda Əmək Nazirliyinin əməkdaşına hücumundan sonra cinayət işi açılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Telegram 112” kanalı məlumat yayıb. Bildirilir ki, hazırda müğənninin ev dustaqlığında olduğu iddia edilir.
Qeyd olunur ki, ulduzla münaqişədən sonra Sultan Candıqova buynuz qişasının kimyəvi yanığı və hər iki gözün I dərəcəli konyunktivit diaqnozu qoyulub.
Bildirək ki, Vitasla nazirlik əməkdaşı barda dava edib. Sənətçi Sultan Candıqovun üzünə qaz balonu ilə kimyəvi maddə fışqırdıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB