Nənəsini yenicə dəfn edən Demet Özdemirin paylaşımı tənqid edildi

Nənəsini yenicə dəfn edən Demet Özdemirin paylaşımı tənqid edildi

Avqustun 29-da Oğuzhan Koçla evlənən türkiyəli məşhur aktrisa Demet Özdemirin (30) nənəsi Naziyə Yener dünyasını dəyişib. SİA xəbər verir ki, aldığı acı xəbərdən sarsılan məşhur aktrisa sosial media hesabında nənəsinin dünyasını dəyişdiyini açıqlayıb.

Demet Özdemir dua emojisi ilə nənəsi ilə çəkdirdiyi köhnə fotonu yayımlayıb. Bununla belə, Özdemir bu yaxınlarda sosial media hesabından başqa bir foto yayımlayıb. Həmin paylaşım Özdemirin izləyiciləri tərəfindən tənqid edilib. Sizə həmin fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə