Türk müğənni Gülşənin məhkəməsi yekunlaşıb

Türk müğənni Gülşənin məhkəməsi yekunlaşıb

Türk müğənni Gülşənin məhkəməsi yekunlaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hakimin qərarına əsasən, ifaçı hər həftə polis bölməsinə gedib sənəd imzalamayacaq.

Lakin müğənninin ölkə xaricinə çıxış qadağası hələ də qüvvvədədir. Onun növbəti məhkəməsi isə 21 dekabrda baş tutacaq.

Bildirək ki, Gülşən İmam Hatip liseyi ilə bağlı zarafatına görə həbs olunmuş, daha sonra ev dustaqlığına buraxılmışdı.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə