Zemfiranın konsertində Ukrayna bayrağı ilə qalmaqal yaşanıb
Kiprdə rus rok müğənnisi Zemfiranın konsertində mühafizəçilər ziyarətçilərin əlindən Ukrayna bayraqlarını götürüblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Müğənninin pərəstişkarlarından birinin hələ də konsertə aparıb səhnəyə atmağa müvəffəq olduğu bayrağı Zemfira açmayıb, səhnə arxasına aparıb. Bayraq atan qızın isə müğənninin bu hərəkətindən məyus olduğu bildirilir.
Qeyd edək ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Zemfira Rusiyanı tərk edərək Rusiya hakimiyyətini kəskin tənqid edib.
Xüsusi hərbi əməliyyatı dayandırmağa çağıran Zemfira, sosial şəbəkələrində müharibə əleyhinə bir neçə mahnı və klip də yerləşdirib.
Yeri gəlmişkən oktyabrın 8-də Zemfira “Zemfira ot Luka” adlı yeni mini albomunu da buraxdırıb.
Xatırladaq ki, bundan əvvəl Zemfiranın mahnıları Rusiya radiolarının efirindən silinib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB