Ötən gün müğənni Orxan Babazadənin toyu baş tutub. SİA xəbər verir ki, sənətçi subayılığın daşını ataraq sevib-seçdiyi xanımla ailə həyatı qurub.
Cütlüyün şad günü paytaxtın məşhur məkanlarından birində baş tutub.
Orxanın toyunda ailə üzvləri ilə yanaşı, sənət aləmindən olan həmkarları da iştirak ediblər. Onlar arasında müğənni Manaf Ağayev, Əməkdar artistlər Elnarə Abdullayeva, Elton Hüseynəliyev, Nüşabə Ələsgərli, rəqqasə Fatimə Fətəliyeva, aparıcı Zümrüd Bədəlova, Zaur Kamal, aktyor İlkin Həsəni və digərləri olub.
Rəngarəng görüntülərlə yadda qalan gecədə şou əhli həm oxuyub, həm də rəqs edib.
Orxan Babazadənin atası şou əhlinin də yaxından tanıdığı Baba adlı tanınmış iş adamıdır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB