Jared məşhur modelyeri canlandıracaq

Amerikan müğənni və aktyor Jared Leto alman modelyer Karl Lagerfeld haqqında filmdə onu canlandıracaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, ekran işi məşhur dizaynerin həyatının əsas məqamlarından bəhs edir. Çəkilişlərin başlama tarixi məlum deyil.

Leto layihədə prodüser kimi də çıxış edəcək. Bundan əlavə, mərhum modelyerin sirdaşları Pier Paolo Rigi, Karolin Lebar və Sebastian Condeu icraçı prodüser kimi fəaliyyət göstərəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə