46 il sonra Şuşada anasının çəkildiyi filmi təkrarladı

Pianoçu Türkan Vəzir anasının 46 il öncə Şuşada çəkildiyi sənədli filmdəki kadrların eynisini təkrarlayıb. SİA xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Anamın 46 il öncəki videosunun eynisini çəkmək mənə qismət oldu. Bu anı necə gözlədiyimi bir mən, bir də Allah bilirdi.

Xan qızı bulağı, Şuşa - film, əslində, 1976-cı ildə çəkilib, lakin “google” və “Youtube”da araşdırdığımda 1973 yazıldığı üçün mən də o tarixi qeyd etmişəm” deyə o bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə