Ebru Şallının əri Uğur Akkuşun borcunu ödədi

Türkiyə Futbol Federasiyasının keçmiş Prezidenti Nihat Özdemir Küveyt Yetimlər Vəqfinə qarşı dələduzluqda ittiham olunan Ebru Şallının əri Uğur Akkuşun borcunu ödəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun Akkuş əvəzdən 20 milyon dollar pul ödəməsi barədə türk mediası məlumat yayıb.

Qeyd edək ki, məhkəməyə verilən Akkuşun 10 ilə qədər həbsi istənilib. Uğurun vəkili açıqlama yayaraq qərarın hələ təsdiqlənmədiyini, Akkuşun həbs olunmadığını bildirib.

Onu da bildirək ki, Ebru U. Akkuş ilə bir neçə ilə öncə evlənib. Onların münasibəti başlayanda Akkuş başqa xanımla ailəli olub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə