“Yargı” və aktyorları mükafata layiq görülüb

Türk serialı olan “Yargı” və aktyorları mükafata layiq görülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar Maqazin Jurnalistləri Dərnəyinin mükafatlandırma mərasimində ödül alıblar.

Belə ki, “Ən yaxşı aktrisa” Pınar Deniz, “Ən yaxşı kişi aktyor” Kaan Urqancıoğlu, “İlin serialı” isə “Yargı” olub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə