Aydan Şener uzun müddət sonra efirə qayıdır

Türk aktrisa Aydan Şener uzun müddət sonra efirə qayıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, “Cennetin çocukları” adlı layihədə yer alacaq.

59 yaşlı aktrisa ekran işində Armağan obrazını canlandıracaq. O, serialda Alp Navruz, İrem Helvacıoğlu və Ayça Bingöllə birgə oynayacaq.

Bildirək ki, Şener “Çalıkuşu”nda Feride obrazına həyat verib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə