“La case de papel”in davamı gələn il təqdim olunacaq

“La case de papel”in davamı olaraq qiymətləndirilən “Berlin” serialı gələn il təqdim olunacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Netflix” platforması məlumat yayıb.

Eyni zamanda, xidmətin rəsmi “İnstaqram” səhifəsində layihənin tanıtım çarxı da yerləşdirilib.

Serialın rejissorları Albert Pinto, David Barrocal və Geoffrey Cowperdir. Çəkilişlər İspaniya və Fransada aparılacaq.

Ekran işi “La case de papel”də Pedro Alonsonun canlandırdığı Berlin obrazının hekayəsindən bəhs edəcək. Ssenari qəhrəmanın dəstəyə qoşulmasından çox əvvəl baş verəcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə